Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün İspaniya ilə ilk oyunundan gözləntilərini bölüşüb.
Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis ən çətin qrupa düşdüklərini deyib:
“Avro-2024-ün ən güclü qrupundayıq. Son çempion və Millətlər Liqasının sonuncu qalibi ilə mübarizə aparacaq. Onlarla rəqabət apara biləcək təcrübəmiz var. Yaxşı start üçün qələbəyə ehtiyacımız var”.
Xorvatiya B qrupunda İspaniya, İtaliya və Albaniya ilə qarşılaşacaq. İlk matç iyunun 15-də ispanlara qarşı olacaq.