Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu gün Avro-2024-ün qrup mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, UEFA-nın saytına danışan mütəxəssis yalnız qələbə haqda düşündüklərini deyib:
“Bizim üçün tarixi oyunlardan biridir. Hazırıq və əminəm ki, hər şey yaxşı olacaq. Domoqoy Vidadan başqa hamı sağlamdır. Vida start heyətdə olmayacaq.
Bizim üçün həlledici görüşdür. Yalnız qələbə haqda düşünürük. Bu halda irəli gedə bilərik. İstənilən başqa ssenariyə razı deyiləm. Evə tez getmək istəmirəm”.
Xorvatiya – İtaliya görüşü saat 23:00-da başlayacaq.
Xorvatiya B qrupunda bir xalla sonuncu sıradadır.