Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avro-2024-ün qrup mərhələsinin üçüncü turunda İtaliya ilə heç-heçə etdikləri görüşü (1:1) şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis qrupda üçüncü olmaları haqda fikirlərini bölüşüb:
“Son dəqiqələrdə Albaniya, son dəqiqələrdə İtaliya… Uşaqlar göstərdi ki, mübarizə, istək və əzm var. Onlara təşəkkür edə bilərəm. Bu, bizim turnirimiz deyil”.
Xorvatiya Albaniya ilə son dəqiqədə buraxdığı qolla 2:2 hesablı heç-heçə edib. İtaliya ilə görüşdə isə son saniyələrdə qələbəni əldən verib.