“Çox istərdim ki, bütün mövqelərə oyunçular alaq”

Azərbaycan Premyer Liqasının XIX turunun “Neftçi” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq.

– Elvin Camalov o qədər pis vəziyyətdədir ki, Sofyan Çakla dayaq yarımmüdafiəçisi kimi oynadı?
– Sofyan Çaklanın çıxışından razı qaldım. Çox xoş təsir bağışladı və istədiklərimi həyata keçirdi. Elvin hələ hazır deyil.

– Transferlər hansı mövqelər üçün olacaq?
– Qış, yay skautlarımız işləyirlər. Çox istərdim ki, bütün mövqelərə oyunçular alaq. Çünki rəqabəti görmək istəyirik.

Şahin Cəfərov