Coşqunun komandası uduzdu

Türkiyə I liqasında XXV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geydiyi “Çorum” səfərdə “Kocaelispor”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Matça ehtiyat oyunçular skamyasında başlayan Coşqun 83-cü dəqiqədə Ertuğrul Tunahanı əvəzləyib.

25 turdan sonra aktivində 38 xalı olan “Çorum” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.