UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.
Futbolpress.az xəbər verir ki, bu ada “Real”dan Vinisius Junior, “Feyenoord”dan İqor Paişao, Dortmund “Borussiya”sından Seru Qirassi və “Benfika”dan Vangelis Pavlidisdir.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.