Bu keçid Neymarı 65 milyon dollardan edəcək

“Santos” hazırda “Əl-Hilal”ın hücumçusu sayılan Neymarla yanvarın sonuna qədər müqavilə imzaladığını elan etmək niyyətindədir.

Futbolpress.az xəbər verir ki, Braziliya klubu artıq təchizatçı ilə xeyli sayda Neymarın adı olan köynəklərin hazırlanmasının vacibliyini müzakirə edib.

Braziliya klubunun Neymarla əmək müqaviləsinin 2026-cı ilin iyununa qədər qüvvədə olacağı vurğulanır.

“Santos”un futbolçusu olmaq üçün hücumçunun “Əl-Hilal”la müqaviləsinə xitam verməsi lazımdır.

Bununla belə, Səudiyyə Ərəbistan klubu 32 yaşlı oyunçunun 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə görə borclu olduğu 65 milyon dollardan imtina etməsini istəyir.