“Qarabağ”ın növbəti mərhələ şansı qalmadı…

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakıda FCSB ilə qarşılaşıb. Rumıniya təmsilçisi ilə matça saat 21:45-də start verilib. 5 qolun vurulduğu matç qonaqların qələbəsiylə başa çatıb.

“Qarabağ” 7 turdan sonra 36 komanda arasında 3 xalla 33-cüdür və növbəti mərhələ şansı qalmayıb. .

Avropa Liqası
Liqa mərhələsi, VII tur

23 yanvar

21:45 Qarabağ – FCSB (Rumıniya) 2:3

Qollar: Leandro Andrade, 2, Joskim Dava, 41 (avtoqol) – Adrian Şut, 7, 74, Mikulesku, 45+4
Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: Fabiyan Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Oleksey Kaşuk, Leandro Andrade, Abdullah Zubir, Nəriman Axundzadə.

FCSB: Ştefan Tarnovanu, Valentin Kretu, Siyabonqa Nqezana, Joskim Dava, Risto Radunoviç, Adrian Şut, Baba Alhassan, David Mikolesku, Florin Tanase, Marius Ştefanesku, Daniel Birliqea.