“Borussiya” Qrinvudla bağlı qərarını verdi

“Borussiya” Meyson Qrinvudu transfer etməyəcək.

Futbolpress.az xəbər verir ki. bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd olunub ki, klubdaxili müzakirədən sonra Bundesliqa təmsilçisi istəyindən vaz keçib.

Qrinvud müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur və bu mövsüm “Xetafe”də çıxış edib.

O, bu mövsüm 36 matçda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.