“Bavariya”lı özünü sübut etmək istəyir

“Bavariya”nın müdafiəçisi Saça Boey yeni mövsümdə də klubda qalmaq istəyir.

Futbolpress.az xəbər verir ki, zədə səbəbindən son mövsümdə az şans qazanan 23 yaşlı futbolçu özünü sübut etmək niyyətindədir. O, yeni mövsümdə əsas heyət üzvü olmaq istəyir.

Boeyin taleyi yeni baş məşqçidən asılı olacaq. Fransalı oyunçu son mövsümdə iki oyuna çıxıb.

Münhen klubunda baş məşqçi postu boşdur. Komandaya son olaraq Tomas Tuxel rəhbərlik edib.