“Bavariya” yeni məşqçisini açıqlamağa hazırlaşır

“Bavariya”nın yeni baş məşqçisi açıqlana bilər.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi Vensan Kompani ilə razılaşıb. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Bavariya” yaxın zamanda onun təyinatını açıqlaya bilər.

Kompani hazırda “Bernli”nin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada mövsümü 19-cu sırada bitirib və elitanı tərk edib.