“Bavariya” onunla müqaviləni uzatdı

“Bavariya” futbolçusu Aleksandar Pavloviç ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Pavloviç 2023-cü ildən “Bavariya”da çıxış edir. O, ötən mövsümdə 25 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.