“Barselona”ya rəhbərlik edəcək şəxs bilindi

“Bavariya”nın və Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik “Barselona”ya rəhbərlik edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.

İddia olunur ki, Kataloniya klubu artıq mütəxəssislə müqavilə imzalayıb.

Komandanın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda Kataloniya klubundan ayrılacaq.

Xavi 2021-ci ildən “Barselona”nı çalışdırır.