“Barselona” üçün “Çelsi”yə “yox” dedi

Almaniyalı mütəxəssis Hans-Diter Flik “Çelsi”dən təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Baş məşqçi “Barselona”da çalışmaq arzusundadır və bu səbəbdən “Çelsi”nin təklifini rədd edib. Mütəxəssis kataloniyalılardan təklif gözləyir.

Flik daha əvvəl “Bavariya”nı və Almaniya millisini çalışdırıb.