Balotellinin yeni klubu rəsmiləşdi

İtaliyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 34 yaşlı futbolçu “Cenoa” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla 1 illik müqavilə imzalanıb.

Balotellinin son ünvanı Türkiyədə “Adana Demirspor” olub. Hücumçu daha əvvəl ölkəsində “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, Fransada “Nitsa”, İngiltərədə “Liverpul”, “Mançester Siti”, İsveçrədə “Sion” kimi komandaların formasını geyinib.