İtaliyalı hücumçu Mario Balotellinin adı A Seriyası klubları ilə hallanır.
Futbolpress.az xəbər verir ki, forvard yerli jurnalistin ona “İtaliyada oynamaq səviyyəsindəsinizmi” sualına belə cavab verib:
“Nə danışırsınız? A Seriyasında olmadığım üçün etdiklərimi görmürsünüz? Cəhənnəmə gedin. Söz verirəm ki, bir klubla müqavilə imzalayandan sonra A Seriyasını məhv edəcəm”.
Balotellinin son ünvanı Türkiyədə “Adana Demirspor” olub. 34 yaşlı hücumçunun adı “Cenoa” və “Torino” ilə hallanır.