Cəbrayılov ÇL-ə təyinat aldı

Futzal üzrə FIFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Cəbrayılov UEFA Çempionlar Liqasının ilkin mərhələsinin B qrupunun oyunlarında ədaləti qoruyacaq.

O, avqustun 21-də keçiriləcək “Fiorentino” (San Marino) – “Amigo Northwest” (Bolqarıstan) oyununda birinci, avqustun 22-də təşkil olunacaq “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə üçüncü, “Amigo Northwest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) matçında isə ikinci hakim olacaq.

B qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da baş tutacaq