Azərbaycan Kubokunun qalibi bilindi

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Araz-Naxçıvan” və “Baku Fire” komandaları üz-üzə gəlib.

Matçın əsas və əlavə vaxtı 5:5 hesabı ilə yekunlaşdığından qalib penaltilər seriyasında məlum olub.

Burada daha dəqiq oynaya Naxçıvan təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub olub.

Bununla da “Araz-Naxçıvan” 15 illik həsrətə son qoyaraq 6-cı dəfə ölkə kubokuna sahib olublar.

Adıçəkilən komanda bu mövsüm həmçinin Yüksək Liqanın qalibi olub.