Yeni mövsüm hazırlıqlarını davam etdirən “Füzuli” komandası baş məşqçi postuna əcnəbi mütəxəssis dəvət edib.
Futbolpress.az xəbər verir ki, Türkiyə və Azərbaycanın futbol aləmində yetərincə tanınan İbrahim Uzunca, bundan sonra əyalət klubunun uğurları üçün çalışacaq.
62 yaşlı, UEFA PRO kateqoriyalı və TFF 1-ci liqasında çalışmış məşqçi ilə, 3 illik müqavilə imzalanıb.
Uzunca daha əvvəl “Lokomotiv Biləcəri”, “Bakı” FK, “Şahdağ” Quba və “Xan Lənkəran” klublarının çalışdırıcısı olub.
Türkiyədə isə – “Adana Demirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir” və “Osmaniyespor” klublarının baş məşqçisi postunda çalışıb.
“Füzuli” yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq.