Azərbaycan klubu italiyalıya tapşırıldı

Voleybol üzrə “Azərreyl” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, qadınlardan ibarət komandaya italiyalı Paolo Tofoli rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2010-cu ildən məşqçilik fəaliyyətinə başlayan mütəxəsssi daha öncə həm kişi, həm də qadınlardan ibarət voleybol komandalarına rəhbərlik edib.