Karlo Ançelotti La Liqada yanvar ayının ən yaxşı baş məşqçisi adına namizəd olub.
Futbolpress.az xəbər verir ki, Madrid “Real”ındakı gələcəyi ilə bağlı böyük tənqid və suallarla üzləşməsinə baxmayaraq, italyan menecer hələ də onun La Liqada ən yaxşı menecer olduğunu sübut edən statistikalara malikdir. “Kral klubu” yanvarda La Liqada hər üç oyunda rahat qələbə qazanaraq bir xal belə itirməyib. Ançelottinin komandası bu mövsüm yalnız iki liqa oyununda – “Barselona” və “Atletik Bilbao”ya qarşı məğlub olub.
Madrid təmsilçisi hazırda 46 xalla İspaniya çempionatında liderdir.