İspaniya son çempionu məğlub etdi

Bu gün Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, C qrupunda əvvəlcə Sloveniya Serbiya ilə qarşılaşıb. Matç bərabərliklə başa çatıb. Qrupun digər görüşündə İngiltərə Danimarka ilə “sülh”ə razılaşıb.

B qrupunda isə favoritlər – İspaniya ilə İtaliya yığmaları üz-üzə gəlib. İspanlar son Avropa çempionlarını məğlub edib.

Avro-2024
Qrup mərhələsi, II tur

20 iyun

C qrupu

17:00 Sloveniya – Serbiya 1:1

Qollar: Karniçnik, 69 – Yoviç, 90+5

20:00 Danimarka – İngiltərə 1:1

Qollar: Yulmann, 34 – Keyn, 18

B qrupu

23:00 İspaniya – İtaliya 1:0

Qol: Kalafiori, 55 (avtoqol)