Avro-2024: 1/4 final öncəsi İsveçrədə şok itki

İsveçrə millisi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın kapitanı və yarımmüdafiəçisi Qranit Zaka zədə alıb. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Caka MRT müayinəsindən keçəcək. Onun Avro-2024-də 1/4 finalın İngiltərə ilə oyununda iştirakı sual altındadır.

Matç iyulun 6-da oynanılacaq.