Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Avro-2024-də Danimarka ilə heç-heçə etdikləri (0:0) görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis qrupda sonuncu olmaları haqda bunları deyib:
“Artıq evə gedirik. Bu, xəyal qırıqlığıdır. Danimarka bilirdi ki, heç-heçə onlara sərf edəcək. Qrupda üç komandanın bərabər şansı var idi. Futboldur, belə şeylər olur. Komandayla qürur duymalıyıq. Buraya gələn azarkeşləər təşəkkür edirəm, bizə böyük dəstək göstərdilər”.
Serbiya İngiltərə, Danimarka və Sloveniyanın yer aldığı C qrupunu 2 xalla sonuncu sırada bitirib.