“Arsenal”ın futbolçusu “Latsio” yolunda

“Arsenal”ın futbolçusu Nuno Tavareş karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Latsio” portuqaliyalı müdafiəçini icarəyə götürmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Paytaxt klubu oyunçunu 6 milyon avroya transfer etmək hüququ ilə birlikdə heyətinə qatmağa çalışır.

25 yaşlı futbolçu keçidini tamamlamaq üçün yaxın günlərdə Romaya yollanacaq.

Nuno ötən mövsüm “Nottingem Forest”də icarədə olub. O, 12 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.