“Arsenal”da ciddi itki

“Arsenal” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın hücumçusu Kay Haverts sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqdə xəsarət alan Havertsin son durumu tibbi müayinədən sonra bilinəcək.

Kay bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.