“Arsenal” iki futbolçusunu itirə bilər

“Arsenal”ın futbolçuları Qabriel Jesus və Tomas Partey komandadan ayrıla bilərlər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Qeyd olunub ki, hər iki futbolçuya Səudiyyə Ərəbistanı klublarından təklif var. Lakin məlumatda klubların adı qeyd olunmayıb.

Jesusun “Arsenal”la 2027-ci ilin yayına, Parteynin isə 2025-ci il mövsümün sonuna qədər müqaviləsi var.