Ançelottidən zəif nəticə

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti “kral klubu”yla ən aşağı göstəricisinə imza atıb.

Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis Madrid təmsilçisində baş məşqçilk karyerasında 23 turdan sonra ən aşağı xalla yadda qalıb. Ançelottinin rəhbərliyindəki “Real”ın aktivində hazırda 23 matçdan sonra 50 xalı var ki, bu, öncəki mövsümlərlə müqayisədə ən aşağı nəticədir.

2013/2014 – 23 oyundan sonra 57 xal

2014/2015 – 23 oyundan sonra 57 xal

2021/2022 – 23 oyundan sonra 53 xal

2022/2023 – 23 oyundan sonra 52 xal

2023/2024 – 23 oyundan sonra 58 xal

2024/2025 – 23 oyundan sonra 50 xal

Təəccüblüdür ki, “Real” hələ də La Liqanın zirvəsində qərarlaşıb.