Bundesliqa: “Buğalar” ilk “4-lük”də

Almaniya Bundesliqasında XXI tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, son oyun günündə autsayderlərin dueli baş tutub ancaq qalib müəyyənləşməyib. “Leyptsiq” isə azlıqda qalmasına baxmayaraq, qələbə qazanaraq 4-cü pilləyə yüksəlib.

Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”a məğlub olub. “Bayer” isə “Volfsburq”la bacarmayıb.

Turun ilk günündə bir matç keçirilib. Lider “Bavariya” Verder “Bremen”ini darmadağın edib. Oyunda qol hesabı Harri Keynin penaltisindən sonra açılıb, elə sonuncu dəqiqədə ingiltərəli forvardın növbəti penaltisiylə də qapandı.

Almaniya Bundesliqası

XXI Tur

7 fevral

Bavariya – Bremen 3:0

Qollar: H.Keyn, 56 (pen.), 90+7 (pen.), L.Sane, 82

8 fevral

Borussiya Dortmund – Ştutqart 1:2

Qollar: Y.Brandt, 81 – V.Anton, 50 (avtoqol), Y.Çabot, 61

Frayburq – Haydenhayem 1:0

Qol: V.Qrifo, 30

Hoffenhayem – Union Berlin 0:4

Qollar: B.Hollerbax, 24, 87, M.Lyubiçiç, 61, A.İliç, 73

Maynz – Auqsburq 0:0

Volfsburq – Bayer Leverkuzen 0:0

Borussiya Münhenqladbax – Ayntraxt Frankfurt 1:1

Qollar: T.Kleyndyenst, 26 – H.Etikite, 31

9 fevral

Holşteyn – Boxum 2:2

Qollar: S.Skrzybski, 3 (pen.), D.Zek, 50 – M.Boadu, 37, 39

Leyptsiq – Sankt-Pauli 2:0

Qollar: B.Şeşko, 16, X.Simons, 35