“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın argentinalı vingeri Alexandro Qarnaço haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis gənc futbolçunun performansını yüksək qiymətləndirib:
“Qarnaço kimi kimi oyunçulara ehtiyacımız var. O, bizim üçün çox önəmlidir”.
Bu mövsüm 20 yaşlı hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, qış transfer pəncərəsində “Napoli” Qarnaçoya ciddi maraq göstərsə də, italyanlar futbolçu ilə anlaşa bilməyib.