AMF: Yarımfinal mərhələsinin ilk oyunları keçirildi

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

Futbolpress.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyun günündə iki görüş baş tutub. “Zirə” “Aznur”u 2:0 hesabla üstələyib.

Daha sonra “Birbaşa” (Bakı) “Qalaksi”ni 2:1 hesabla məğlub edib.

Hər iki qarşılaşma Bakı Tennis Akademiyasında keçirilib.

Tərəflər arasında cavab matçları 1 həftə sonra baş tutacaq.