Amerika Kuboku: braziliyalılar və Messi rəmzi komandaya düşmədi

Amerika Kubokunda qrup mərhələsinin rəmzi komandası açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Argentina yığmasının hücumçusu Lionel Messi ən yaxşı “11-lik”də yer almayıb. Braziliya millisindən də heç kim heyətə düşməyib:

Qapıçı: Rafael Romo (Venesuela)

Müdafiəçilər: Daniel Munyos (Kolumbiya), Kristian Romero (Argentina), Ronald Arauxo (Uruqvay), Matias Vinya (Uruqvay)

Yarımmüdafiəçilər: Riçard Rios (Kolumbiya), Nikolas de la Krus (Uruqvay), Xames Rodriqes (Kolumbiya)

Hücumçular: Luis Dias (Kolumbiya), Lautaro Martines (Argentina), Xose Faxardo (Panama)