Amerika Kuboku: ABŞ və Uruqvaydan inamlı qələbə

Amerika Kubokunda C qrupunun birinci turunun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, turnirə ev sahibliyi edən ABŞ Boliviyadan üstün olub – 2:0.

Qrupun digər görüşündə Uruqvay Panamaya üç qolla qalib gəlib.

Amerika Kuboku
Qrup mərhələsi, birinci tur

C qrupu

ABŞ – Boliviya 2:0
Qollar: K.Pulişiç, 3, F.Baloqun, 43

Uruqvay – Panama 3:1
Qollar: M.Arauxo, 16, D.Nunyes, 85, M.Vina, 90+1 – M.Murillo, 90+5

Xal durumu: Uruqvay – 3, ABŞ – 3, Panama – 0, Boliviya – 0