Vüsal oynadı, komandası bir xala razılaşdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Erokspor”la qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Vüsal oyuna ehtiyatda başlayıb. Cinah hücumçusu 82-ci dəqiqədə meydana daxil olub.

“Boluspor” 22 turdan sonra 32 xalla 10-cu sıradadır.