“Atletiko”nun futbolçusu Antuan Qrizmann Çempionlar Liqasında unikal göstəriciyə nail olub.
Futbolpress.az xəbər verir ki, “Zalsburq”la matçda dubl edən fransalı hücumçu “Atletiko” formasıyla turnirdəki 50-ci qolunu vurub. O, Madrid təmsilçisinin mütləq rekordçusu olub.
Qrizmann bu mövsüm 31 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.