Qrizmannın arzusu

Fransa millisinin hücumçusu Antuan Qrizmann Avropa çempionatında qızıl medal qazanmağı arzu edir.

Futbolpress.az xəbər verir ki, o, 2016-cı ilin finalını yada salaraq, eyni səhvləri təkrarlamayacaqlarını qeyd edib:

“Avropa çempionu olmaq istəyirəm. 2016-ci ildə buna çox yaxın idik. Lakin olmadı. Bu çempionatı da səbirsizliklə gözləyirəm. Əsas odur ki, vahid, döyüşkən ruhda olan komandaya sahibik. Mümkün qədər daha çox qələbələr qazanmaq istəyirik”.

Fransa 2016-cı il Avropa çempionatının finalında Portuqaliyaya məğlub olmuşdu.

AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Fransa D qrupunda Polşa, Niderland, Avstriya ilə qarşılaşacaq.