Vinisiusla Rafinyanı qabaqladı

Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Futbolpress.az xəbər verir ki, Leverkuzen “Bayer”i ilə görüşdə (2:1) dubla imza atan forvard buna nail olub.

Alvares bu mübarizədə “Real”dan Vinisius Junioru (“Zalsburq”la matçda dubl), “Barselona”dan Rafinyanı (“Benfika” ilə matçda dubl) və PSV-dən Luuk de Yonqu (“Srvena Zvezda” ilə matçda dubl) məğlub edib.