“Qarabağ” Avropa Liqasının VII turunda bu gün FCSB (Rumıniya) ilə qarşılaşacaq.
Azərbaycan yığmasının sabiq üzvü Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında görüşdən gözləntilərini bölüşdü:
“Rumıniya komandaları Avropada yaxşı oynayırlar. Turnirin reqlamenti dəyişəndən sonra hər komanda nəticə üçün oynayır. “Qarabağ” istənilən komandaya qarşı mübarizə apara biləcəyini sübut edib. Avropada özlərini yaxşı göstəriblər. Artıq rəqiblər də “Qarabağ”ın gücünü bilirlər. Komanda evdə möhtəşəm azarkeş dəstəyi görür. Bunun özü də üstünlükdür. Çünki fanatlar da rəqibə təsir edə bilir.
Hər iki komanda əzmkarlır göstərəcək. “Qarabağ” üçün vacib oyundur. Hələ nəsə itirilməyib və “Qarabağ” qələbə üçün meydana çıxacaq. Onlara uğurlar arzu edirəm, inanıram ki, üç xalla azarkeşləri sevindirəcəklər”.
Şahin Cəfərov