“Sabah”ın müdafiəçisi Con İrasabal klubun akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.
Futbolpress.az xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandasına hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.