PSJ-dən möhtəşəm geridönüş, “Real”dan darmadağın

Çempionlar Liqasında VII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun mərkəzi matçı PSJ-nin möhtəşəm geridönüşüylə yadda qalıb. Milan şəhərinin təmsilçiləri minimal hesablı qələbəyə sevinərkən, Madrid “Real”ı darmadağına imza atıb.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi

VII Tur

22 yanvar

“Şaxtyor” (Ukrayna) – “Brest” (Fransa) 2:0

Qollar: Kevin, 18, G.Sudakov, 37

“Leypziq” (Almaniya) – “Sportinq” (Portuqaliya) 2:1

Qollar: B.Şeşko, 19, Y.Paulsen, 78 – V.Qyökereş, 75

23 yanvar

“Milan” (İtaliya) – “Jirona” (İspaniya) 1:0

Qol: R.Leao, 37

“Arsenal” (İngiltərə) – “Dinamo” (Zaqreb, Xorvatiya) 3:0

Qollar: D.Rays, 2, K.Havertz, 66, M.Odeqard, 90+1

“Seltik” (Şotlandiya) – “Yanq Boyz” (İsveçrə) 1:0

Qol: L.Benito, 86 (avtoqol)

“Feyenoord” (Niderland) – “Bavariya” (Almaniya) 3:0

Qollar: S.Ximenez, 21, 45+9, A.Ueda, 89

PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) 4:2

Qollar: O.Dembele, 56, B.Barkola, 60, J.Neveş, 78, Q.Ramoş, 90+6 – C.Qriliş, 50, E.Haland, 53

“Real” (İspaniya) – “Zalzburq” (Avstriya) 5:1

Qollar: Rodriqo, 23, 34, K.Mbappe, 48, V.Junior, 55, 77 – M.Bidstrup, 85

“Sparta” (Çexiya) – “İnter” (İtaliya) 0:1

Qol: L.Martinez, 12