Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” (5:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Bu oyunda “Kəpəz” layiqli qələbə qazandı. Planlaşdırdıqlarımız alınmadı. Rəqibi təbrik edirəm.
– Son 8 matç, 1 qələbə…
– Bugünkü oyuna baxsaq, ümumən heçnə alınmadı. Amma digər oyunlara baxsaq, heç-heçə etdiklərimiz də var.
– Orxan Əliyev də nə görüb transfer etmisiz? Rüftə Əhmədovla avrokuboklara getmək şansız var?
– Yaxşı oyunçudur. İlk oyunu idi. Həyəcan var.
– Oyununuz baş tutmadı. Problem nə idi?
– Oyunçular arasındakı anlaşmada problem var idi. Bir də standart vəziyyətlərdə, müdafiələrdə ciddi səhvlər oldu.
– Ehtiram Quliyev demişdi ki, Kurban Berdıyev “Turan”ı avrokuboklara aparmağa söz verib. Bu oyuna təsiri var idi?
– Xeyr, heç də deməzdim. Hədəfimiz eynidir. Sadəcə olaraq nəticələr çıxarıb yolumuza davam etməliyik.
– Alexandro Serranonun ehtiyatda qalmasının səbəbi nə idi?
– Təlim-məşq toplanışlarında olmadığına görə komandayla məşq etmirdi.
– Müdafiədəki xaosun səbəbi nə idi?
– Az əvvəl də dedim bu problemləri gözləyirdik. Amma bu qədər də yox.
Mirkamal