Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”da Neymarın mövqeyinə oyunçu axtarışı davam edir.
Futbolpress.az xəbər verir ki, sözügedən klub “Liverpul”dan Məhəmməd Salah və ya “Real”dan Rodriqonu transfer etmək istəyir. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb. Klub iki oyunçudan birinin transferini bitirmək niyyətindədir.
“Əl Hilal” Səudiyyə Ərəbistanı çempionatında 40 xalla birinci sıradadır.