“Bavariya” futbolçusu Ariyon İbrahimoviçi icarəyə verəcək.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi “Latsio”da çıxış edəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Paytaxt klubu yayda İbrahimoviçin transfer hüquqlarını almaq istəsə, 8 milyon avro ödəməli olacaq. Keçid yaxın zamanda açıqlanacaq.
Ariyon bu mövsüm 7 oyunda 2 qol vurub.