“Mançester Siti”nin baş məşqçisi Xoseo Qvardiola Premyer Liqanın XIII turunda “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Liverpul” hazırda ən güclü komandadır? Bilmirəm, onlar yaxşılardan biridir. Yeni baş məşqçiləri Arne Slot inanılmaz işlər görür. İnsanların vaxtilə “Mançester Siti”ni dünyanın ən yaxşı komandası adlandıranda buna fikir vermirdim.
İndi əvvəlki kimi sabiq deyilik. Son oyunda üç fərqlə öndə olsaq da, qələbəni əldən verdik. Heyətdə itkilərimiz var, lakin qələbə qazanmaq istəyirik.
“Liverpul”la oyun nəyisə dəyişməyəcək. Qarşıda uzun marafon var və bu, sadəcə bir oyundur. “Enfild”də gücümüzü sınayacağıq”.
Sabah keçiriləcək “Liverpul” – “Mançester Siti” oyunu 20:00-da start götürəcək.