İtaliyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı futbolçu “Cenoa” ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Balotelli yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
Balotellinin son ünvanı Türkiyədə “Adana Demirspor” olub. Hücumçu daha əvvəl ölkəsində “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, Fransada “Nitsa”, İngiltərədə “Liverpul”, “Mançester Siti”, İsveçrədə “Sion” kimi komandaların formasını geyinib.