Azərbaycan komandası Fransada çempion oldu

Çimərlik voleybolu üzrə kişilər arasında keçirilən “Avropa Kuboku”nun final matçında ”Azərreyl” İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandasına qalib gələrək çempion olub.

Futbolpress.az xəbər verir ki, Fransanın Monpelye şəhərində təşkil olunan yarışın finalında komandalar arasında iki görüş keçirilib. Bir oyunda “Azərreyl”, digərində isə rəqib qalib gəlib. Ardınca çempionu müəyyən etmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz “Avropa Kuboku”nun qalibi adını qazanıb.

13 oktyabr
Final (kişilər)

“Azərreyl” – “CVP Poniente Benidorm Alicante“ (ESP) 2:1 (17:21; 21:14; 15:12)
“Azərreyl” – “CVP Poniente Benidorm Alicante“ (ESP) 1:2 (21:19; 16:21; 14:16)
Qızıl set- 15:12

Qeyd edək ki, “Azərreyl” yarışda keçirdiyi bütün görüşlərdə qalib gəlib. Qrup mərhələsində Fransanın “Re Beach” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Ukraynanın “Sunrise Beach Sports Academy”, yarımfinalda Fransanın “Montpellier Beach Volley” komandasından üstün olub.