Balotelli üçün sürpriz “elçi”

İtaliyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Torino” 34 yaşlı forvardla müqavilə imzalaya bilər. Bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Turin klubunun hücumçusu Duvan Zapata ciddi zədə alıb və o, mövsümün qalan hissəsini buraxmaq təhlükəsi ilə üz-üzədir. “Torino” bu səbəbdən Balotellini heyətinə qatmağı düşünür.

Forvardın son klubu Türkiyədə “Adana Demirspor” olub. O, daha əvvəl “İnter”, “Mançester Siti”, “Liverpul” kimi klublarda forma geyinib.