İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, 34 yaşlı hücumçu “İntersiti” ilə danışıqlar aparır. Bu barədə AS nəşri məlumat yayıb.
“İntersiti” 3-cü divizionda mübarizə aparır.
Son ünvanı “Adana Demirspor” olan Balotelli daha əvvəl “İnter”, “Milan”, “Liverpul”, “Mançester Siti” kimi klubların formasını geyinib.