“Neftçi”dən ayrılan futbolçu “Turan Tovuz”la müqavilə imzaladı

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi “Neftçi”dən ayrılan Fərid Yusiflini heyətinə qatıb.
Ötən mövsümün ikinci hissəsini icarə əsasında tovuzlularında heyətində keçirən yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Yusifli “Turan Tovuz”la Premyer Liqada 10 oyunda meydana çıxıb.