Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov Bakıya qayıdıb.
Futbolpress.az xəbər verir ki, o, hava limanında jurnalistlərə açıqlamasında hisslərindən bəhs edib:
“Hisslərim çox gözəldir. Olimpiya çempionu olmaq həqiqətən, çox gözəldir. O qədər şokda idim ki, sevinə bilmədim.
Hər şey çox gözəl idi. Qarşıda çoxlu yarışlar var. İnşallah, qısa fasilədən sonra arenalara qayıdacam.